Bazar ertəsi Özbəkistan və Çində koronavirusa qarşı yeni peyvəndin ikinci nəsli olan Omikron-Delta ştammına qarşı yeni rekombinant zülal peyvəndinin beynəlxalq klinik sınaqlarına başlanılıb.
Turaz.org İnnovativ İnkişaf naziri İbrahim Abdurrəhmanovun nitqini təqdim edir:
“Biz inanırıq ki, Özbəkistan və Çin arasında ikinci nəsil vaksinlər üzrə əməkdaşlıq uğurla başa çatacaq və Özbəkistan və digər ölkələr üçün yeni imkanlar açacaq. Biz Özbəkistanda ikinci nəsil vaksinin sınaqlarına başlamaq üçün Etika Komitəsindən icazə almışıq və bu gün sizinlə birgə tədqiqat və klinik sınaqlara başlayırıq.”
Akademik Qao Fu-nun sözlərinə görə, yeni ZF-UZ-VAC-2001 koronavirus peyvəndinin birinci nəsli Çin və Özbəkistan arasında ikitərəfli səylər nəticəsində uğurla hazırlanıb və bütün dünyada 300 milyondan çox dozadan istifadə edilib.
“Yeni koronavirus peyvəndinin ikinci nəsli Omikron-Delta ikivalent peyvəndidir. Prototip virusa əsaslanan birinci nəsil peyvəndi ilə müqayisədə yeni peyvənd daha geniş və güclü immun reaksiya yaradır, Omicron-un hazırda geniş yayılmış alt variantlarını əhatə edir və yeni koronavirus pandemiyasına qarşı mübarizəyə mühüm töhfə verir”- akademik qeyd edib.
Qeyd olunur ki, ikinci nəsil zülal peyvəndinin antigenləri yeni koronavirusun Delta və Omikron mutasiyalarına malik ştammları üçün nəzərdə tutulub və onların Omikron mutasiyası olan ştammlardan daha yaxşı mühafizə təmin edəcəyi gözlənilir.
Müxbir: Aytac Cəfərova
Tərcüməçi: Günay Xankişiyeva
Həmçinin bax: https://turaz.org/qirmizi-deniz-hava-yollari-ozbekistana-geden-carter-reyslerinin-fealiyyetine-baslayib/
Son Xəbərlər
Özbəkistan BMT-də Aral problemini qaldırıb
Qazaxıstanda keçirilən parlament seçkilərində səsvermə yekunlaşdı
Türkiyədə prezidentliyə müraciət prosesi başladı