May 18, 2022

Özbəkistanda əhalinin təbii qazla təmin edilməsi üçün üçün lazımi tədbirlər görülür

“Əhalinin qaz təchizatında fasilələrin qarşısını almaq üçün payız-qış mövsümündə yanacaqdoldurma məntəqələrinin iş rejimində müvəqqəti məhdudiyyətlər tətbiq edilir”, – deyə şirkətdən bildirilib.

“Uztransqaz” ASC-nin mətbuat xidmətindən Turaz.org-a verilən məlumata görə, bu günlərdə respublikada yağışlı və soyuq hava şəraiti müşahidə olunur və bu, istehlakçıların və sosial obyektlərin, habelə strateji əhəmiyyət kəsb edən müəssisələrin təbii qazla fasiləsiz və dayanıqlı təchizatının təmin edilməsi üçün tədbirlərin görülməsini tələb edir.

Belə bir tədbir Nazirlər Kabinetinin 2018-ci il 12 yanvar tarixli qərarında nəzərdə tutulub.

Bununla əlaqədar hazırda rayon idarələri tərəfindən təsdiq edilmiş qrafiklərə uyğun olaraq CNG yanacaqdoldurma məntəqələrinin fəaliyyəti üçün belə məhdudiyyətlər tətbiq edilib. O cümlədən, Fərqanə vadisində CNG yanacaqdoldurma məntəqələri fevralın 15-i saat 13:00-dan fevralın 16-sı səhər saat 06:00-a kimi fəaliyyətini dayandırır.

Müəssisədən vurğulanıb ki, bu tədbirin keçirilməsində məqsəd əhalinin, xəstəxanaların, məktəblərin, məktəbəqədər uşaq müəssisələrinin, eləcə də təbii qazın verilməsi elektrik enerjisinin təminatı olan iri elektrik stansiyalarının təbii qaz təchizatının dayanıqlığını təmin etməkdir.

Həmçinin bax: turaz.org/qirgizistanin-alay-bolgesinde-kicik-zelzele-qeyde-alinib
Həmçinin bax: kafkazh.com/azerbaycan-sefevi-dovleti-l-sah-abbasin-hakimiyyeti-illerinde

Translate »