Fevral 3, 2023

Özbəkistanda elektrik kəsildikdən sonra Şurtan Qaz-Kimya Kompleksində yenidənqurma işləri aparılır

“Özbəkneftqaz” Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Mehriddin Abdullayevin rəhbərlik etdiyi işçi qrupu Mərkəzi Asiyada elektrik enerjisinin kəsilməsi nəticəsində texnoloji obyektlərdə baş vermiş qəzalar nəticəsində yaranan itkiləri öyrənmək məqsədilə fevralın 4-də Şurtan Qaz-Kimya Kompleksində olub.

Turaz.org xəbər verir ki , idarə heyətinin sədri mütəxəssislərin iştirakı ilə Kaşkədərya rayonu, Quzar rayonundakı Şurtan Qaz-Kimya Kompleksində baş vermiş qəza nəticəsində itirilmiş bütün texnoloji avadanlıqların hazırkı vəziyyətini öyrənib.

O cümlədən, kompleksdə mövcud olan piroliz sobalarından ikisinin radiasiya boruları yararsız vəziyyətdə olub və işlənmiş karbohidrogenlərin hidrogenləşdirilməsi üçün katalizatorun vəziyyəti yerində yoxlanılıb. Qeyd edək ki, bu piroliz sobalarının xüsusi yüksək temperaturlu radiasiya boruları kompleksdəki etilen istehsalı zavodunun əsas texniki ehtiyatlarından biridir.

İstehsal proseslərində yaranan fasilələrin aradan qaldırılması, tez köhnəlmiş boruların və kimyəvi reagentlərin kompleksə çatdırılması, kompleksin tam istismarının təmin edilməsi, baş verə biləcək qəzaların qarşısının alınması, istehsal prosesinin fasiləsiz və itkisiz aparılması üçün Şurtan Qaz-Kimya Kompleksinin müdiri Şuxrat Aslanov və məsul mütəxəssislər rəhbərə tapşırıqlar verilib. .

İdarə Heyətinin sədri kompleksə səfəri zamanı avadanlıqların təmirinin sistemli və vaxtında təşkil edildiyini, düzgün mərkəzləşdiyini, işçilərin məsuliyyətlə işlədiyini etiraf edib.

Xatırladaq ki, ötən il “Şurtan” Qaz-Kimya Kompleksində 4 milyard 174 milyon kubmetr (planın 100,4 faizi) təbii qaz emal edilib. Nəticədə 135,2 min ton (planın 104 faizi) polietilen, 117,5 min ton (planın 100,04 faizi) maye qaz, 3,53 milyard kubmetr (planın 101 faizi) əmtəəlik qaz, 103,6 min ton (planın 104 faizi) qaz kondensatı, 1053 ton (planın 105,3 faizi) kükürd məhsulları istehsal edilmişdir. İxrac 5 milyon 599 min dollar təşkil edib ki, bu da plana nisbətən 119,6 faiz yerinə yetirilib.

Müxbir: Əzizə Əlizadə
Tərcüməçi: Şirinzadə Aliyə

Həmçinin bax: https://turaz.org/daskenddeki-mehelleler-yunesko-nun-umumdunya-irs-siyahisina-daxil-edile-biler/

Translate »