2021-ci ilin dördüncü rübündə mənzil qiymətlərində ən çox artım Buxara (14,5%), Əndican (12,1%), Sırdərya (12,1%) və Səmərqənd (10,7%) bölgələrində qeydə alınıb.
Turaz.org xəbər verir ki, ötən il Özbəkistanın daşınmaz əmlak bazarı xeyli aktivləşib. Bu, ipoteka kreditləri və sərfəli mənzil proqramları təklifinin artması nəticəsində əhali tərəfindən tələbin artması və məzənnənin nisbətən sabitləşməsi ilə bağlı olub.
2021-ci ildə daşınmaz əmlakla bağlı əməliyyatlar əvvəlki ilə nisbətən 14,5% çox olub. Əməliyyatlarda əhəmiyyətli artım Namanqan (42 faizdən çox), Buxara (38 faiz), Əndican (34 faiz) və Səmərqənd (31 faizdən çox) rayonlarında müşahidə olunub. Daşkənddə (-0,7%) və Daşkənd vilayətində (+1%) mənzil alqı-satqısı müqavilələrinin sayı demək olar ki, dəyişməz qalıb, Mərkəzi Bankın 2021-ci ilin IV rübü üzrə daşınmaz əmlak bazarına dair icmalında deyilir.
Qiymət dinamikası 2021-ci ilin dördüncü rübündə əmlak qiymətlərində sürətli artım olub. O cümlədən, ötən ilin son üç ayı ərzində ölkədə mənzillərin qiymətləri 5,1%, Daşkənddə isə 4,2% artıb. Mənzil qiymətlərində ən yüksək rüblük artım Buxara (14,5%), Əndican (12,1%), Sırdərya (12,1%) və Səmərqənd (10,7%) rayonlarında qeydə alınıb.
2021-ci ilin sonunda regionlarda mənzillərin ən yüksək qiyməti Daşkənd (1 kv.m üçün 7 milyon 952,3 min sum), Səmərqənd (5 milyon 745,1 min sum), Nəvai (4 milyon 356,1 min sum) və Daşkənd vilayətində (4 milyon 208,9 min sum), ən aşağı qiymətlər isə Sırdəryada (2 milyon 715,7 min sum), Xarəzmdə (2 milyon 814,5 min sum) və Qaraqalpaqıstan Respublikasında (2 milyon 879,9 min sum) şəhərlərində olub.
Ölkədəki mövcud makroiqtisadi şərait daşınmaz əmlak bazarında tələb və təklifin vəziyyətinə birbaşa təsir göstərir. MB ekspertlərinin fikrincə, iqtisadi artım, ev təsərrüfatlarının gəlirlərinin artımı, xüsusən də transsərhəd köçürmələrin əhəmiyyətli dərəcədə artması, sumun məzənnəsinin nisbi sabitləşməsi və inflyasiyanın yavaşlaması daşınmaz əmlakla bağlı əməliyyatların sayının artmasında və qiymət artımında əsas amillərə çevrilib.
Bundan əvvəl İqtisadi Tədqiqatlar və İslahatlar Mərkəzi Özbəkistanın daşınmaz əmlak bazarında tələbin dəyişməsi barədə məlumat vermişdi. Şəhərlər baxımından ən yüksək mənzil qiymətləri Daşkənddə (kvadrat metr üçün 753 dollar), Səmərqənddə (553 dollar) və Nəvaidə (418 dollar), ən aşağı qiymət isə Nukusda (277 dollar), Qarşidə (289 dollar) və Gülüstanda (289 dollar) qeydə alınıb.
Müxbir: Əzizə Əlizadə
Tərcüməçi: Həmidə İskəndərova
Həmçinin bax: turaz.org/ai-azerbaycandan-qaz-tedaruku-ile-bagli-danisiqlar-aparir
Həmçinin bax: kafkazh.com/natrium
Son Xəbərlər
Özbəkistan BMT-də Aral problemini qaldırıb
Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq etdi
Qazaxıstanda keçirilən parlament seçkilərində səsvermə yekunlaşdı