İyul 4, 2022

Özbəkistanda koronavirusa yoluxma hallarında rekord artım qeydə alınıb

Özbəkistanda bazar günü rəsmi olaraq 1037 koronavirusa yoluxma faktı qeydə alınıb, bu barədə respublikanın Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Turaz.org xəbər verir ki, koronavirusa yoluxanların ümumi sayı 2061 mini keçib. Son 24 saat ərzində virusla bağlı 3 yeni ölüm qeydə alınıb və bununla da ümumi ölüm sayı 1518-ə çatıb.

Məlumatda bildirilir ki, son günlər xəstələrin artması əhalini çox narahat edir. Çox yoluxucu olsa da, əksər hallarda yüngül simptomlar və əsasən tənəffüs əlamətləri var, buna görə də sakinlərdən panikaya düşməməyə, karantin qaydalarına riayət etməyə və COVID-19 peyvəndi almağa çağırılır.

Bu, pandemiya 2020-ci ilin martında başlayandan bəri ən yüksək göstəricidir. Əvvəlki ən yüksək 974 yoluxma faktı isə 5 avqust 2021-ci ildə qeydə alınıb.

Müxbir: Əzizə Əlizadə
Tərcüməçi: Həmidə İskəndərova
Həmçinin bax: turaz.org/tacikistan-ozbekistan-serhedinde-nezaret-guclendirilib
Həmçinin bax: kafkazh.com/qizil-ordanin-tesekkulu-ve-kalka-muharibesi

Translate »