Dekabr 3, 2022

Özbəkistanda siyasi partiyalar prezident seçkilərində iştirak etmək üçün icazə alır

Avqustun 14-də Mərkəzi Seçki Komissiyasının növbəti iclası baş tutub.

Turaz.org Özreport-a istinadən xəbər verir ki, iclasda siyasi partiyaların prezident seçkilərinə qatılması, dairə seçki komissiyalarının şəxsi heyətinin təsdiq edilməsi və kütləvi informasiya vasitələrinin akkreditasiyası məsələləri müzakirə edilib.

Mərkəzi Seçki Komissiyasının (MSK) üzvləri gündəliyə daxil olan ilk məsələyə-prezident seçkiləri üçün dairə seçki komissiyalarının şəxsi tərkibinin təsdiqinə baxıblar.

Seçki Məcəlləsinə görə, dairə seçki komissiyalarının üzvlüyünə namizədlər, seçki dairələrinin qurulduğu gündən üç gün ərzində Qaraqalpaqstanın Jokorqa Keneş MSK-na, xalq deputatları regional məclislərinə və Daşkənd şəhər məclisinə tövsiyə olunur. Qanunvericiliyə görə, dairə seçki komissiyası üzvlərinin sayı 21 nəfər ola bilər.

Yığıncaqda bütün dairə seçki komissiyalarına irəli sürülən namizədlər qiymətləndirilərək təsdiqlənib.

Seçki Məcəlləsinin 14, 16, 63-cü maddələrinə və MSK-nın 14 aprel 2021-ci il tarixli “Özbəkistan Respublikası Prezidentliyinə irəli sürülmüş namizədin imzası toplanması qaydası üzrə Əsasnamənin təsdiq edilməsi haqqında” qərarına əsasən, MSK, siyasi partiyaların təqdim etdiyi sənədlərə baxdıqdan sonra, Özbəkistan Ekoloji Partiyası, Özbəkistan Xalq Demokratik Partiyası, Sahibkarlar və İş Adamları Hərəkatı , Özbəkistan Liberal Demokrat Partiyası , Özbəkistan Milli Dirçəliş Demokratik Partiyası və Özbəkistan Ədalət Sosial Demokrat Partiyasına prezident seçkilərində iştirak etməyə icazə verib.

İndi siyasi partiyalar prezidentliyə namizədin qeydiyyatı üçün MSK-ya müraciət edə bilərlər.

Həmçinin, siyasi partiyanın ali orqanının prezidentliyə namizədin irəli sürülməsi ilə bağlı qərarı, soyadını, adını, atasının adını, doğum tarixini, tutduğu vəzifəni, siyasi mənsubiyyətini, iş və yaşayış yerini göstərən namizədin protokolu ilə təmin ediləcək. Bu imza vərəqələrində seçicilərin ümumi sayının ən azı 1% -i olmalıdır.

Tərcüməçi: Həmidə İskəndərova
Həmçinin bax: turaz.org/ozbekistan-ve-turkmenistan-numayendeleri-talibanla-danisiqlar-aparib
Həmçinin bax: kafkazh.com/klinefelter-sindromu-nedir

Translate »