Dekabr 8, 2021

Özbəkistanda ümummilli konstitusiya imtahanı keçiriləcək

Ədliyyə Nazirliyi Konstitusiya Məhkəməsi ilə əməkdaşlıq edərək vətəndaşların hüquqi biliklərini artırmaq üçün ümummilli konstitusiya nəzarəti təşkil edəcək.

Turaz.org xəbər verir ki, Ədliyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, imtahanda yaşı 15-dən yuxarı olan bütün vətəndaşlar iştirak edə biləcəklər. İştirak könüllü, pulsuz və hamı üçün açıqdır.

Testlər bu il dekabrın 1-i saat 09:00-dan 13:00-dək onlayn keçiriləcək. Ərizəçi 15-30 noyabr tarixləri arasında 8-dekabr.adliya.uz saytında qeydiyyatdan keçməli və fərdi istifadəçi adı və şifrə almalıdır.

Hər bir iştirakçıya 20 test sualı və yaradıcılıq tapşırığı veriləcək.

Ən qısa müddətdə bütün suallara düzgün cavab verən, həmçinin yaradıcılıq tapşırığını ən yaradıcı şəkildə yerinə yetirən 10 nəfər ikinci tura keçir.
Qaliblərə aşağıdakı hədiyyələr təqdim olunacaq:
Birinci yer – 15 milyon sum;
İkinci yer – 10 milyon sum;
Üçüncü yer – 5 milyon sum.
İmtahanların təşkili prosesində iştirak edəcək ən fəal könüllülər xüsusi mükafatlarla təltif olunacaqlar.

Müxbir: Əzizə Əlizadə
Tərcüməçi: Həmidə İskəndərova
Həmçinin bax: turaz.org/pakistan-qirgizistanin-investisiya-layihelerini-nezerden-kecirmeye-hazirdir
Həmçinin bax: kafkazh.com/turkmencay-muqavilesi

Translate »