İyun 8, 2023

Özbəkistandan 6 şirkət öz pomidorlarını yenidən Rusiyaya idxal etməyə icazə verib

“Rosselxoznadzor” noyabrın 15-dən tədarükləri bərpa etməyə icazə verib.

İdarədən Turaz.org-a verilən məlumata görə, bu qərar pomidor nümunələrinin karantin fitosanitar ekspertizasının nəticələrinə əsasən qəbul edilib. Onlar birgə video yoxlamalar zamanı seçilib.

Daşkənd vilayətinin altı müəssisəsi – Agro Light, Angren agro gold invest, Angren Istiqlol Baraka, Samarali Savdo Niyat, Sevar Shaxnoz Baraka və TNA Agroinvest ilə bağlı qadağa götürülüb. İyulun 22-dən Rosselxoznadzor Daşkənd vilayətindən Rusiyaya pomidor və bibər tədarükünə müvəqqəti məhdudiyyətlər qoyub. Tərəvəzlərdə qəhvəyi qırış virusu və pepino mozaika virusu aşkar edilib.

Müxbir: Əzizə Əlizadə
Tərcüməçi: Nəzrin Məmmədova
Həmçinin bax: turaz.org/viktor-orban-yeniden-hakim-partiyanin-lideri-secilib
Həmçinin bax: kafkazh.com/qarapapaqlar

Translate »