Özbəkistanın Baş naziri Abdulla Aripov Qırğızıstana işgüzar səfər edib.Bu barədə Qırğızıstan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat verib.
Turaz.org xəbər verir ki, Qırğızıstan Nazirlər Kabinetinin sədri Aqılbəy Cəfərov cənab qonağı Manas beynəlxalq hava limanında qarşılayıb.
İşgüzar səfər zamanı Abdulla Aripov Qırğızıstan-Özbəkistan dövlət sərhədlərinin delimitasiya və demarkasiya barədə Qırğızıstan və Özbəkistan hökümətlərinin nümayəndə heyətlərinin birgə iclaslarında iştirak edəcək və Qırğızıstan Respublikasının prezidenti ilə görüşəcək.
Müxbir:Aytac Cəfərova
Tərcüməçi:Nigar Yusubova
Son Xəbərlər
Adanada 4,5 maqnitudalı zəlzələ olub
ABŞ 2022-ci ildə 12 hipersəs silah sınağı keçirib
Roma Papası xəstəxanaya yerləşdirilib