Dekabr 9, 2021

Özbəkistanın Cenevrədəki daimi nümayəndəsi BMT İHK sədrinin müavini təyin edilib

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Asiya-Sakit Okean Regional Qrupuna üzv dövlətlər Özbəkistanın BMT-nin Cenevrədəki Bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Uluqbəy Lapasovun 2022 ci il BMT İnsan Hüquqları Şurasının (İHŞ) sədr müavini vəzifəsinə namizədliyini yekdilliklə dəstəkləyiblər.

Turaz.org xəbər verir ki, BMT İnsan Hüquqları Şurasının Bürosu İHK sədrindən, onun müxtəlif coğrafi qrupları təmsil edən 4 müavinindən ibarətdir.

Özbəkistanın daimi nümayəndəsinin namizədliyinin irəli sürüldüyü Asiya-Sakit Okean regionu BMT-nin HRC sistemində ən böyük regionlardan biridir. Qrupa 56 ştat daxildir.

“Özbəkistan nümayəndəsinin təyin edilməsi respublikada insan hüquqları sahəsində aparılan genişmiqyaslı islahatların dünya ictimaiyyəti tərəfindən müsbət qiymətləndirilməsinə nümunədir”, -deyə XİN-dən bildiriblər.

Xatırladaq ki, 2020-ci ildə Özbəkistan 2021-2023-cü illər üçün İHK-nın tamhüquqlu üzvü seçilib və təşkilat çərçivəsində fəal iş aparır. Bu ilin oktyabrında ölkəmizin təşəbbüsü ilə pandemiya dövründə gənclərin hüquqlarına dair Şuranın ilk Qətnaməsi qəbul edilib və bu Qətnamə İHK-nın bütün üzvləri tərəfindən dəstəklənib və sənədin həmmüəllifi 60-a yaxın dövlət olub.

47 dövlətdən ibarət olan BMT-nin İnsan Hüquqları Şurası dünyada bütün insan hüquqlarının təşviqi və qorunmasına cavabdehdir. Şura insan hüquqları sahəsində onun diqqətini cəlb edən bütün tematik məsələləri və vəziyyətləri il ərzində müzakirə etmək səlahiyyətinə malikdir. HRC-nin iclasları BMT-nin Cenevrədəki ofisində keçirilir.

Müxbir: Əzizə Əlizadə
Tərcüməçi: Həmidə İskəndərova
Həmçinin bax: turaz.org/atamkulov-yerli-istehsalin-payi-64-artib
Həmçinin bax: kafkazh.com/isimin-hallari

Translate »