Noyabr 29, 2022

Özbəkistanın Xarici İşlər naziri Bişkekə rəsmi səfər edib 

Özbəkistanın Xarici İşlər naziri Vladimir Norov Qırğız Respublikasının Xarici İşlər naziri Jeenbek Kulubayevin dəvəti ilə bu gün Bişkekə rəsmi səfər edib.

 

Turaz.org Qırğızıstan Xarici İşlər Nazirliyinə istinadən bildirir ki, Jeenbek Kulubayev Vladimir Norovla görüşüb və intensiv və səmərəli danışıqlar aparıb. Ənənəvi dostluq və etimad şəraitində keçən görüşdə Qırğızıstan-Özbəkistan münasibətlərinin inkişafının əsas məsələləri, onların siyasi, ticarət-iqtisadi, investisiya, mədəni-humanitar və digər sahələrdə daha da genişləndirilməsi və dərinləşdirilməsi perspektivləri müzakirə edilib, aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Görüş zamanı bu mövzuların əksəriyyəti üzrə tərəflər qarşılıqlı anlaşmaya gəlib, hər iki tərəfin maraqlarını nəzərə alaraq razılıq əldə ediblər. Müəyyən məsələlərlə bağlı əlavə həll yolları qeyd olunub. Tərəflər Qırğızıstan və Özbəkistan arasında münasibətlərin dostluq, mehriban qonşuluq və strateji tərəfdaşlıq ruhunda dinamik şəkildə inkişaf etdiyi barədə yekdil şəkildə bildirib. Rəsmi səfər çərçivəsində Özbəkistanın Xarici İşlər naziri Qırğızıstan Prezidenti Sədir Cəfərov tərəfindən qəbul edilib.

Müxbir: Aytac Cəfərova

Tərcüməçi: Günay Xankişiyev

Həmçinin bax: https://turaz.org/qirgizistan-prezidentinin-bee-ye-isguzar-seferi-basa-catib/

Translate »