Oktyabr 4, 2022

Özbəkistan portalı Xocalı faciəsi haqqında məqalə yayıb

Özbəkistan portalı Xocalı faciəsi haqqında məqalə yayıb
Özbəkistanın “fikr.uz” portalı Xocalı faciəsi haqqında rus dilində məqalə yayıb.
Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun elmi işçisi, dosent Sübhan Talıblının müəllifi olduğu məqalədə deyilir ki, Dağlıq Qarabağ tarixən Azərbaycan torpağı olub. Bildirilir ki, hətta Ermənistan dövləti regional güclərin dəstəyi ilə Azərbaycan torpaqlarında yaradılıb, 1905, 1918, 1920 və 1988-ci illərdə ermənilər azərbaycanlılara qarşı soyqırımı və etnik təmizləmə siyasəti aparıblar.
Materialda Xocalı soyqırımı barədə ətraflı məlumat verilir, faciə zamanı amansızlıqla öldürülən, yaralanan, itkin düşən insanlar haqqında söhbət açılır. Vurğulanır ki, bu qətliam zamanı 106 qadın, 63 uşaq, 70 qoca qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Həmin gün 1275 nəfər əsir götürülüb, 150 nəfərin taleyi haqqında hələ də heç bir məlumat yoxdur.
Məqalədə keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının faciənin törədilməsinə iştirakından da danışılır, dünya mətbuatının Xocalı faciəsi barədə yazdıqlarından sitatlar gətirilir.
Yazı Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə portalda yerləşdirilib.
Mənbə:azertag.az
Müxbir:Aytac Cəfərova

Həmcinin bax https://kafkazh.com/hilmi-ziya-ulkenin-felsefi-gorusleri/https://kafkazh.com/cumhuriyyet-dovrunde-turk-felsefi-tefekkurunde-maarifcilik-ideyalarinin-inkisaf-tendensiyalari/

Translate »