Yanvar 26, 2022

Özcard və Humo qarşılıqlı inteqrasiyanın birinci mərhələsini tamamlayır

Mərkəzi Bankın mətbuat xidmətindən verilən məlumata görə, Özcard və Humo ödəniş sistemləri qarşılıqlı inteqrasiyanın birinci mərhələsini başa vurur.

Turaz.org xəbər verir ki, yaxın gələcəkdə kassirə hər kart üçün müxtəlif terminallar təklif etmək lazım olmayacaq – o, hər iki ödəniş sisteminə xidmət edən bir cihaza sahib ola biləcək.

27 dekabr 2021-ci il tarixində Özcard və Humo ödəniş sistemləri hər iki sistemin terminallarında ödənişlərin qəbulunu nümayiş etdirib. Əvvəllər terminallarda məhdudiyyətlər var idisə, indi bir terminal həm Özcard, həm də Humo kartlarına xidmət göstərə biləcək.

Qeyd olunur ki, terminalın hər iki növ kartı qəbul etməyə başlaması üçün onun yenilənməsi lazımdır. Yaxın gələcəkdə banklar belə bir yeniləmənin həyata keçirilməsi üçün lazımi addımlarla təlimat alacaqlar.

İnteqrasiya memorandumu çərçivəsində şirkətlər aşağıdakı istiqamətlərdə əməkdaşlığı davam etdirəcəklər:

– kart sahiblərinin, bankların, ödəniş təşkilatlarının və pərakəndə satış məntəqələrinin maraqlarının qorunması;
– nağdsız ödənişləri stimullaşdırmaq üçün texnologiyaların təkmilləşdirilməsi və infrastrukturun genişləndirilməsi;
– ödəniş infrastrukturunun etibarlılığının və informasiya təhlükəsizliyinin təmin edilməsi üzrə layihələrin həyata keçirilməsi.

Müxbir: Əzizə Əlizadə
Tərcüməçi: Həmidə İskəndərova
Həmçinin bax: turaz.org/bee-azerbaycani-pandemiya-baximindan-tehlukesiz-olkeler-siyahisina-salib
Həmçinin bax: kafkazh.com/qanunlar-ve-nezeriyyeler

Translate »