Dekabr 4, 2022

ÖzLiDeP, Şövkət Mirziyoyevin prezidentliyə namizədliyini irəli sürüb

Özbəkistan Liberal Demokrat Partiyası da 2021 -ci il prezident seçkilərində namizəd olacağını açıqlayıb.

Turaz.org xəbər verir ki, Partiya avqustun 7 -də keçirilən növbədənkənar plenumda Şövkət Mirziyoyevi namizəd göstərib. Onun namizədliyi ÖzLiDeP qurultayında təsdiqlənməli olacaq.

Məlumat üçün bildirək ki, Şövkət Mirziyoyev 24 iyul 1957-ci ildə Cizzax vilayətinin Zaamin rayonunda anadan olub. 1981-ci ildə Daşkənd Suvarma və Kənd Təsərrüfatının Mexanikləşdirilməsi Mühəndisləri İnstitutunu bitirib.

Əmək fəaliyyətinə 1981-ci ildə Daşkənd Suvarma və Kənd Təsərrüfatının Mexanikləşdirilməsi Mühəndisləri İnstitutunda başlamış, burada kiçik elmi işçi, baş müəllim, dosent, tədris işləri üzrə prorektor vəzifələrində çalışmışdır.

1992-ci ildə Daşkənd şəhəri, Mirzə Uluqbəy mahalının hakimi təyin edilib. 1996-2001-ci illərdə Cizzax rayonunun, 2001-2003-cü illərdə Səmərqənd vilayətinin hakimi olub. 1995-2003-cü illərdə Ali Məclisin deputatı olub.

Bu gün Xalqların Demokratik Partiyası da prezident seçkilərində öz namizədini irəli sürüb. Bundan əvvəl “Milli Dirçəliş” partiyası, “Ekopartiya” və “Ədalət” partiyası da öz sədrlərini prezidentliyə namizəd kimi irəli sürüb.

Beləliklə, Özbəkistandakı bütün siyasi partiyalar bu ilki prezident seçkilərində öz namizədlərini irəli sürüblər.

Xatırladaq ki, Özbəkistanda prezident seçkisi kampaniyası iyulun 23-də başlayıb. Beş partiya-Ədalət SDP, Milli Dirçəliş DP, ÖzLiDeP, Xalq Demokratik Partiyası və Özbəkistan Ekoloji Partiyası öz namizədlərini irəli sürmək hüququna malikdir.

Seçkilər oktyabrın 24-də keçiriləcək.

Tərcüməçi: Həmidə İskəndərova
Həmçinin bax: turaz.org/qirgizistanda-elektrikli-avtomobillerin-istehsali-ucun-ilk-marka-teqdim-edilib
Həmçinin bax: kafkazh.com/fizika-nedir

Translate »