“Pakistan Beynəlxalq Havayolları” şirkəti yanvar ayında Pakistan şəhərlərindən Daşkəndə uçuşlar açacağını vəd edib.
Turaz.org xəbər verir ki, Pakistan radiosu turizm naziri Əziz Abduhakimov-a istinadən yaxın vaxtlarda Özbəkistan və Pakistan arasında birbaşa aviareyslər açılacağını bildirib.
Nazirin qeyd etdiyi kimi, birbaşa uçuşların təşkili iqtisadiyyat və turizm sahəsində ikitərəfli əlaqələrin möhkəmlənməsinə töhfə verəcək. O əlavə edib ki, daşıma mərhələli şəkildə tənzimlənəcək.
Birinci mərhələdə Səmərqənddən Lahora reyslər açılacaq. Daha sonra Özbəkistanın digər şəhərlərindən İslamabad və Kəraçiyə uçuşlar açılacaq.
2021-ci ilin dekabrında “Pakistanın Beynəlxalq Havayolları” aviaşirkətinin nümayəndələri müntəzəm uçuşların başlanması ilə bağlı Nəqliyyat Nazirliyi ilə danışıqlar aparıblar. Daha sonra 2022-ci ilin yanvarında “İslamabad – Daşkənd” və “Kəraçi – Daşkənd” marşrutları üzrə uçuşların həyata keçirilməsi planlaşdırılırdı.
Müxbir: Aytac Cəfərova
Tərcüməçi: İlknur Yusifova
Hçinin bax: https://turaz.org/qazaxistan-prezidenti-abs-sefirini-qebul-edib/
Son Xəbərlər
Ermənistan KTMT-dən çıxır? – Vəziyyət mürəkkəbdir
Ermənistan XİN: “Sülh müqaviləsinin mətni danışıqlar masasındadır”
Ermənistanda bir qrup insan 44 günlük müharibənin nəticələrinə görə aksiya keçirir