Dekabr 5, 2021

Pakistan Qırğızıstanın investisiya layihələrini nəzərdən keçirməyə hazırdır

İnvestor günləri proqramı çərçivəsində Qırğız Respublikasının Pakistan İslam Respublikasındakı səfiri Ulanbəy Totuyaev İslamabadın Ticarət və Sənaye Palatasının prezidenti Məhəmməd Şakil Munir və onun fəxri üzvləri ilə görüşüb.

Turaz.org xəbər verir ki, Qırğızıstan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Totuyaev Pakistan tərəfinə Qırğızıstan Respublikasının geniş investisiya və ixrac imkanları, ölkə rəhbərliyinin xarici investorların müdafiəsi istiqamətində həyata keçirdiyi tədbirlər barədə ətraflı məlumat verib.

Səfir iki ölkənin işgüzar dairələri arasında kənd təsərrüfatı, qida sənayesi, enerji, tekstil və əczaçılıq sənayesi, informasiya texnologiyaları sənayesi və turizm kimi müxtəlif sahələrdə böyük qarşılıqlı fəaliyyət potensialının mövcudluğuna diqqət çəkib.

Pakistan tərəfi həmçinin Qırğızıstanın enerji sektorunda (su elektrik stansiyalarının tikintisi), yüngül və yeyinti sənayesində investisiya layihələri, Bişkek Azad İqtisadi Zonasının broşürləri və turoperatorların Qırğızıstana səyahət broşürləri haqqında məlumat alıb.

Görüşün sonunda Qırğızıstan səfiri İslamabad Ticarət və Sənaye Palatasının fəxri üzvlərini 2022-ci ildə Bişkekdə keçiriləcək növbəti Qırğızıstan-Pakistan biznes forumunda iştirak etməyə dəvət edib.

Pakistan tərəfi həmçinin Qırğızıstanın investisiya layihələrini qiymətləndirməyə hazır olduğunu bildirib və həmçinin iki ölkənin işgüzar dairələri arasında birbaşa biznes əlaqələrinin qurulması və genişləndirilməsi üçün hər cür yardım göstərməyə hazır olduğunu təsdiqləyib.

Müxbir: Əzizə Əlizadə
Tərcüməçi: Həmidə İskəndərova
Həmçinin bax: turaz.org/azerbaycan-ve-macaristan-enerji-sahesinde-yeni-emekdasliq-senedi-imzalayib
Həmçinin bax: kafkazh.com/azerbaycanin-terkibinde-naxcivan-mssr-ve-dqmv-yaradilmasi

Translate »