May 17, 2022

Pakistanda terrorçuların hərbi şəhərciyə hücumunda 10 əsgər həlak olub

Pakistanın Bəlucistan əyalətinin Keç bölgəsində hərbi şəhərciyə edilən hücumda 10 əsgər həlak olub.

Turaz.org xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.

Ordu rəsmilərinin sözlərinə görə, hücum nəticəsində 1 silahlı öldürülüb, çoxlu sayda terrorçu yaralanıb.

Qeyd edilir ki, terrorçuların tutulması üçün əməliyyata başlanılıb və indiyədək 3 silahlı yaxalanıb. Hücumun hansı qruplaşma tərəfindən həyata keçirildiyi açıqlanmır.

Müxbir: Əzizə Əlizadə

Həmçinin bax: https://turaz.org/qirgizistan-tacikistanla-ateskes-razilasmasini-elan-edib/

Translate »