Oktyabr 23, 2021

Parisi Bakıya yaxınlaşdıran iqtisadi səbəblər

Fransa XİN və Fransa telekanalları son zamanlar Azərbaycan haqda daha obyektiv bəyanatlar, xəbərlər, reportajlar verməyə başlayıb.

Turaz.org xəbər verir ki, bu fikirləri iqtisadçı Natiq Cəfərli deyib.

O bildirib ki, gələn il üçün ölkəmizdə böyük bir özəlləşdirmə planı nəzərdə tutulur:

“Məsələ ondadır ki, rəsmi Paris ölkəmizin tətbiq edəcəyi özəlləşdirmə addımlarından sərfəli pay almaq istəyir. Bu gün Fransa şirkətləri dəmir yollarının idarə edilməsi, elektrik enerjisinin istehsalı və çatdırılmasından pay almağı planlaşdırır. Əslində, son əks-hücum və ərazi bütövlüyümüzün bərpası əməliyyatlarından öncə hökumətin iqtisadiyyatın dövlətsizləşdirmə planlarını açıqlaması heç də təsadüfi deyildi. Haqlı və güclü tərəf bizik, Qərb isə gec-tez güclünün, haqlının yanında yer alır”.

Translate »