Avqust 14, 2022

Parlamentin komitə iclaslarının vaxtı açıqlanıb

Milli Məclisin yaz sessiyasının komitə iclaslarının keçiriləcəyi vaxt açıqlanıb.

Turaz.org-un əldə etdiyi məlumata görə, yanvarın 17-dən etibarən qanunverici orqanın komitə iclasları başlayır.

Qeyd edək ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, səlahiyyəti dövründə Milli Məclis ildə iki dəfə – iyul ayının 15-dən avqust ayının 30-dək və yanvar ayının 1-dən 15-dək tətilə buraxılır.

Müxbir: Əzizə Əlizadə

Translate »