Dekabr 9, 2021

Paşinyan Azərbaycana sülh təklif etdi

Ermənistanın Baş Naziri Nikol Paşinyan Azərbaycana sülh təklif edib.

Turaz.org Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, məğlub ölkənin Baş Naziri son çıxışında Azərbaycana sülh müqaviləsi bağlamaq təklif edib.

“Biz Azərbaycana sülh sazişi imzalamağı təklif etmişik və edirik də. Həmçinin bildirmişik ki, ATƏT-in Minsk Qrupunun bütün fəaliyyəti sülh sazişinin imzalanmasına yönəlib” – deyə Baş nazir qeyd edib.

“Tammiqyaslı danışıqlar prosesinin bərpasından danışırıq və bu prosesə cəlb olunmuşuqsa, deməli, məqsədimiz də sülh sazişini imzalamaqdır” – deyə o əlavə edib.

 

Translate »