May 17, 2022

Paşinyan: “Ermənistan Azərbaycanla sülh sazişi imzalamağa hazırdır”

Rəsmi Yerevan hesab edir ki, Bakı ilə sülh müqaviləsi imzalanmalıdır, lakin bu sənəd danışıqlar prosesində işlənməlidir.

Turaz.org xəbər verir ki, bu barədə bazar ertəsi Ermənistanın Baş naziri Nikol Paşinyan feysbukdakı səhifəsində onlayn keçirilən mətbuat konfransında bildirib.

“Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması ilə bağlı çox danışılır. Bəli, imzalanmalıdır, lakin əvvəlcə bu sənəd rəsmiləşdirilməlidir, amma bu, bir sual və danışıqların nəticəsidir. Ermənistan bunlara hazırdır və biz bunu dəfələrlə bildirmişik”.

Ermənistan Nazirlər Kabinetinin rəhbəri əlavə edib ki, Yerevanın demarkasiya və delimitasiya üçün ilkin şərtləri yoxdur.

Müxbir: Əzizə Əlizadə

Translate »