Oktyabr 23, 2021

“Paxtakor” növbəti mərhələyə yüksəlib. Asiya Çempionlar Liqasında qrup mərhələsi başa çatmaq üzrədir.

B qrupunda sonuncu tur maraqlı hadisəylə yadda qalıb. 1/8 finala vəsiqəni təmin edən “Əl-Hilal” koronavirusa yoluxan futbolçuların çoxluğuna görə yarışda çıxarılıb. Turaz.org idmantv.az-a istinadən xəbər verir ki,eyni

qrupda çıxış “Paxtakor” qalib gələrək növbəti mərhələyə adlayıb. Bundan başqa A qrupunda yarışan “Əl-Əhli”də pley-ofa çıxış etmək hüuquq qazanıb.Asiya Çempionlar Liqasının qrup mərhələsində mübarizə

tədricən sona yaxınlaşır. A qrupunda növbəti mərhələyə vəsiqəni təmin edən, Səudiyyə Ərəbistanının “Əl-Əhli” komandası İranın İstiqlal klubunun qonağı olub. Görüşə meydan sahibləri daha yaxşı başlayıblar. Onlar 29-cu

dəqiqədə hesabı açmağa nail olublar. Mehdi Qaedi rəqib qapısına yol tapıb. Az sonra fərq artıb. İlk qolu vuran Qaedinin ötürməsindən sonra Əli Kərimi fərqlənib. 2-ci yarıda İran klubu daha bir qol vuraraq inamlı qələbəni

təmin edib. Şeyk Diabate mübarizəyə nöqtə qoyub. İstiqlal – Əl Əhli 3:0. “Əl-Vahda” koronavirusa yoluxan futbolçulara görə yarışdan çıxarıldığına görə A qrupunda yalnız 3 komanda arasında mübarizə gedib. “Əl-Əhli” 4 oyundan 6 xal toplayaraq növbəti

mərhələyə çıxıb. “İstiqlal” 5 xalla 2-ci yeri tutaraq 1/8 finala vəsiqə qazanıb. Eyni miqdarda xal toplasa da, əlavə göstəricilərə görə geri qalan “Əl-Şorta” isə qrup yarışını 3-cü pillədə başa vurub.B qrupunda

Özbəkistanın “Paxtakor” klubu İran səfərində “Şəhr Xodrou” komandası ilə görüşüb. Oyunun taleyini 1 qol həll edib. 65-ci dəqiqədə Jamoliddin Maşaripov Paxtakora qələbə qazandırıb. B qrupunda çıxış edən Özbəkistan klubu xallarının sayını 11-ə çatdıraraq növbəti mərhələyə çıxıb. “Əl-Hilal” lider olsa da, pley-ofda mübarizə

aparmayacaq. Çünki komandanın heyətində koronavirusa yoluxan futbolçuların sayı ümumən 17-ə çatıb. Böyük itkilərlə üzləşən komandanın yarışdan çıxarılması məqsədəuyğun bilinib. B qrupunda “Şabab Əl-Əhli” 7 xalla 3-cü olub. “Şahr Xodrou” isə 1 xalla sonuncu yeri tutub.

Müxbir:Turaz.org saytının xüsusi müxbiri Aytac Cəfərova

Həmçin bax:https://turaz.org/qirgizistan-umumilikde-45630-nefer-olmaqla-88-yeni-covid-19-virusuna-yoluxma-halini-tesdiqledi/

Həmçin bax:https://tehsilim.org/dovlet-imtahan-merkezi-abituriyent-jurnalinin-6-ci-nomresini-nesr-edib/

Həmçin bax:https://kafkazh.com/yetkinlik-dovru-psixologiyasi-ve-bu-dovrun-problemleri/

Translate »