İyun 1, 2023

” Pedofiliya sürətlə yayılır” : Sosioloqdan çağırış

Abşeron rayonunun Hökməli qəsəbəsində 26 yaşlı Murad Həsənov şəxsi münasibətlər zəminində 16 yaşlı nişanlısına bıçaqla xəsarət yetirərək onu öldürüb. Araşdırmalar zamanı məlum olub ki, nişanlısı qızı nişanı qaytarmaq istədiyi üçün öldürüb.

Sosioloq Lalə Mehralı bu barədə “turaz.org”a danışarkən bildirib ki, nişanı qaytarmaq istədiyi üçün öldürülən uşaq artıq onu nəyə məcbur etdiklərinin fərqində olub və yaşının buna uyğun olmadığını bilib: ” Kim bilir bəlkə də o oxumaq, təhsil eşqi ilə yanan biri olub. Bu yaşdakı uşaqlarda təhsil ön planda olmalıdır nəinki ər, toy-nişan. Bəzən azyaşlı qızları ailələri şirnikləndirib evlilik istiqamətinə yönəldir. Zaman keçdikcə onlar özləri hadisələri təhlil edir və bunun düzgün addım olmadığını anlayırlar. Bu yoldan geri dönmək istədikdə də başlarına belə bədbəxt hadisələr gətirilir. Hər şeydən əlavə 26 yaşlı biri 16 yaşlı birindən ciddi münasibət gözləyirsə, demək onun həyatı dərketmə qabiliyyəti aşağıdır”. Sosioloqun sözlərinə görə, bizim cəmiyyətdə boşanma və nişanın qayıtması kimi hallar namus məsələsi kimi qəbul edilir: ” Əgər bu qız nişanı qaytarmaq istəyibsə , əvvəla bunun səbəblərini araşdırmaq lazım idi. Hər iki tərəfin ailəsi bununla maraqlanmalı idi. Əslində 14 yaşlı bir qızı nişanlayan ailədən də hansısa məntiqli addım gözləmək də çətindir. Uşaq yaşlı bir qızla nişanlanan bir gənc normal psixologiyaya sahib deyil. Ən abırlı formada desək belə şəxsin niyyəti pozuqdu. Bütün hallarda bu pedofiliyadır”.
L. Mehralı diqqət çatdırıb ki, boşandıqdan, nişan qayıtdıqdan sonra tərəflər iki mədəni insan kimi danışıb, münasibətləri rəsmiyyətdən çıxarıb, köhnə tanışlar kimi həyatlarına davam etməlidirlər: “Hesab edirəm ki, bütün sivil ölkələrdə olduğu kimi artıq bizdə də tərəflər normal şəkildə ayrılmağı bacarmalıdırlar”.

Translate »