Oktyabr 28, 2021

Pedro İtaliyanın “Roma” klubuna transfer olub

İngiltərənin “Çelsi” klubunun futbolçusu Pedro İtaliyanın “Roma” komandasına transfer olub. Bu barədə paytaxt təmsilçisinin rəsmi saytı xəbər yayıb.

TurAz xəbər verir ki, 33 yaşlı futbolçu “Roma” ilə üçillik müqavilə imzalayıb.

Qeyd edək ki, Pedro “Çelsi”də beşillik çıxışından sonra azad agent statusunda “Roma”ya keçib. 2019-2020-ci il mövsümündə Pedro 23 görüşdə meydana çıxıb və 2 qolla yadda qalıb.

Karyerası ərzində futbolçu 25 titula yiyələnib, onlardan ən uğurlusu UEFA Çempionlar Liqasında, İspaniya və İngiltərə çempionatlarında qazandığı qələbələrdir.

Mənbə : azertag .az

Müxbir : TurAz.org xüsusi müxbiri : Səmədova Qələm

Həmçinin bax : https://turaz.org/almaniyanin-xarici-isler-naziri-turkiyeye-sefer-edib/

https://azertag.az/xeber/Naxchivan_toponiminin_etnotarixi_efsaneler_qeder_qedimdir_kitabi_uch_dilde_chapdan_chixib-1569489

Translate »