Oktyabr 20, 2021

Pekində “5G” istifadəçilərinin sayı 5 milyonu ötüb.

Çinin paytaxtında 5-ci nəsil (“5G”) mobil rabitə şəbəkəsi istifadəçilərinin sayı 5 milyonu keçib.Turaz.org AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Pekin şəhər hökumətinin

kommunikasiya administrasiyası məlumat yayıb. Çində “5G” xidmətləri təklif edən “China Mobile”, “China Unicom” və “China Telecom” operatorları ötən ilin payızından bəri Pekində

“5G” şəbəkəsi üçün 44 min baza stansiyası quraşdırıb. İlin sonunadək bu rəqəmin 50 mini ötməsi proqnozlaşdırılır.Qeyd edək ki, bir müddət əvvəl Çinin Sənaye və İnformasiya

Texnologiyaları Nazirliyi ilin sonunadək ölkədə “5G” şəbəkəsi üzrə 600 mindən çox baza stansiyasının quraşdırılacağını açıqlayıb. Bu plan yerinə yetiriləcəyi təqdirdə Çində

prefekturadan yuxarı səviyyədəki bütün şəhərlər “5G” şəbəkəsi ilə əhatə olunacaq. İlin sonunadək “5G” şəbəkəsini dəstəkləyən 180 milyon smartfonun satılacağı nəzərdə

tutulur.Koronavirus böhranı yanvar-fevral aylarında ölkədə “5G” şəbəkəsi üzrə quraşdırma işlərinə mənfi təsir göstərsə də, mobil rabitə operatorları, habelə sənaye,

nəqliyyat, tibb sahələrini əhatə edən şirkətlər işlərin cədvəl üzrə planlaşdırılan qaydada getməsi üçün səylərini artırıb.

Müxbir: Turaz.org xüsusi müxbiri Hüseynova Jalə

Həmçin bax:https://turaz.org/ozbekneftegaz-sirket-murssiselerinin-mutexessisleri-ucun-veb-seminar-teskil-edildi/

Həmçin bax:https://kafkazh.com/yetkinlik-dovru-psixologiyasi-ve-bu-dovrun-problemleri/

Həmçin bax:https://tehsilim.org/sexsi-ve-karyera-heyatinizda-unsiyyet-zamani-beden-dilinin-tesirinin-55-oldugunu-bilirdiniz/

Translate »