İyun 8, 2023

Pentaqon: “Çin kosmosda müharibə üçün vasitələr hazırlayır”

ABŞ Müdafiə Nazirliyi illik hesabatında Çində hərbi kosmik sistemlərin inkişaf etdirildiyini açıqlayıb.

Turaz.org xəbər verir ki, bu barədə “Space News” məlumat yayıb .

Çinin müdafiə imkanlarına diqqət yetirən 174 səhifəlik hesabatda bunun “ABŞ-ın milli təhlükəsizliyinə qarşı çox ciddi təhlükə” olduğu bildirilib.

Çinin kosmosda üstünlük əldə etmək üçün ciddi səy göstərdiyini qeyd edən Amerikalı mütəxəssislər belə nəticəyə gəliblər ki, Çin ordusu kiberməkan, kosmik və elektron müharibə əməliyyatlarını vahid əməliyyatda birləşdirəcək şəkildə yenidən təşkil ediblib. Həmçinin kəşfiyyat peykləri, yüksəksürətli rabitə, naviqasiya və hava proqnozu vasitələrinə çoxlu sərmayə qoyur.

Paralel olaraq, Çin potensial rəqiblərini oxşar imkanlardan məhrum etmək üçün peyklərə qarşı silahlar da hazırlayır. Ölkənin əsas məqsədi kosmik gücə çevrilmək və ABŞ üzərində üstünlük əldə etməkdir.

Translate »