Perunun qərbində mikroavtobusun uçurumdan aşması nəticəsində azı 10 nəfər ölüb.
Turaz.org xəbər verir ki, bu barədə “Andina” agentliyi məlumat yayıb.
Məlumata görə, avtobusda olan digər 9 sərnişin sağ qalıb. Lakin polis xəsarətlərin ağırlığına görə yol qəzası qurbanlarının sayının arta biləcəyini istisna etmir.
Hadisənin səbəbləri hələ müəyyən edilməyib. Polisin məlumatına görə, mikroavtobus Ankaş əyalətində körpünün üzərinə çıxarkən uçurumdan aşıb.
Son Xəbərlər
İranın Rusiyaya ixracı 57% artdı
İranda 3 məhkum edam edildi
Latviyanın yeni prezidenti seçilib