Oktyabr 19, 2021

Peşə təhsili müəssisələrinə tələbə qəbulunun vaxtı uzadılıb  

Peşə təhsili müəssisələrinə 2021-2022-ci tədris ili üzrə tələbə qəbulunun vaxtı uzadılıb.

Bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, peşə təhsili almaq istəyənlər avqustun 21-i saat 18:00-dək portal.edu.az platforması vasitəsilə qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçənlərin elektron ərizələrindəki məlumatların doğruluğu yoxlanıldıqdan sonra iştirakçının ixtisaslar üzrə seçimi sistem tərəfindən təsdiqlənir. Qəbul ərizəçinin attestatında göstərilən müvafiq fənlər üzrə qiymətlərinin orta balı əsasında həyata keçirilir. Tələbə qəbulu prosesində iştirak edən hər bir şəxsə maksimum 5 ixtisas üzrə seçim etmək imkanı yaradılır.

Müraciət edən şəxslərin nəticələri barədə məlumatın “Şəxsi kabinetim” bölümündə yerləşdirilməsi və SMS bildiriş vasitəsilə də təqdim edilməsi nəzərdə tutulur. Turaz.org xəbər verir ki, müsabiqədən uğurla keçən namizədlər növbəti mərhələdə qəbul olduqları müəssisəyə sənədlərin əslinin təqdim edilməsi üçün dəvət olunacaqlar.

Qeyd edək ki, 2021-2022-ci tədris ili üzrə tələbə qəbulu 66 peşə təhsili müəssisəsində 120 ixtisas olmaqla 21 min 260 yer üzrə aparılır. Ötən illə müqayisədə qəbul planı 9,6 faiz artırılıb.

Müxbir: Nağızadə Ayşən

Həmçinin bax: turaz.org/jurnalistika-ixtisasina-qebul-olmaq-isteyen-abituriyentler-ucun-kecirilmis-qabiliyyet-imtahaninin-neticeleri-aciqlanib/

Translate »