Dekabr 4, 2022

Peşə təhsili üzrə “Cisco” şirkəti ilə əməkdaşlıq genişləndirilir.

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi və “Cisco” şirkəti arasında əməkdaşlıq çərçivəsində görülən

işlərlə bağlı tədbir keçirilib.Turaz.org AzEdu.az-a istinadən xəbər verir ki, tədbirdə “Cisco” şirkətinin ərazi biznes meneceri Fərid Zeynalov, Mərkəzin direktoru Rəşad Xanlarov

və Mərkəzin mühəndis-pedaqoji heyəti iştirak edib. Tədbir zamanı “Cisco” şirkəti tərəfindən təşkil olunan distant təlimlərdə iştirak etmiş metodist-təlimçi heyətinə sertifikatlar təqdim

olunub. Bildirilib ki, “Cisco” şirkətinin beynəlxalq sertifikatlı mütəxəssisləri tərəfindən həyata keçirilmiş təlimlərdə Mərkəzin metodist-təlimçiləri öz bacarıqlarını təkmilləşdirib, müxtəlif virtual və real alətləri

tətbiq etmək imkanı qazanıblar. Tədbirdə həmçinin “Cisco” şirkəti və Mərkəz arasında qurulan əməkdaşlığın uğurlu nəticələri haqqında danışılıb. Daha sonra informasiya

texnologiyaları sahəsində bilik və bacarıqlarını artırmaq istəyən mütəxəssislər, eyni zamanda bu sahəyə marağı olan şəxslər üçün Mərkəzdə yaradılan imkanlar haqqında məlumat verilib.

Hər iki tərəf arasında əməkdaşlıq çərçivəsinin daha da genişləndirilməsi ilə bağlı gələcək hədəflər müzakirə edilib. “Cisco Şəbəkə

Akademiyası”nın yeni məhsullarının təlimi, kurrikulum inteqrasiyası, şirkətin dəstəyi ilə yaradılmış “Cisco” akademiyalarında informasiya-kommunikasiya

texnologiyalarının əsasları, proqramlaşdırma, şəbəkə texnologiyaları, inkişaf proqramı (DevNet), əşyaların interneti (IoT) və

kibertəhlükəsizlik istiqamətləri üzrə təlim kurslarının keçirilməsinin qarşıda duran hədəflərdən olduğu qeyd edilib.

Müxbir: Turaz.org xüsusi müxbiri Zahidə Nəbizadə

Həmçin bax: https://turaz.org/incesenet-kollecine-qebul-olunanlarin-qeydiyyati-baslayib/

Həmçin bax:https://turaz.org/islamsunasliq-ixtisasina-qebul-olunmaq-isteyen-abituriyentler-ucun-musahibe-merhelesi-yekunlasib/

Translate »