May 16, 2022

Peyvənd olunanların sayı açıqlanıb

 

Azərbaycanda son bir gündə koronavirus (COVID-19) əleyhinə 32 vaksin vurulub.

Turaz.org xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 0, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 32, üç və daha çox doza vaksin vurduranların sayı 0, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 0 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 12 982 387, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 298 628, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 784 882, üç və daha çox doza vaksin vurduranların sayı 2 694 562, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 204 315 təşkil edir.

Müxbir: Əzizə Əlizadə

Translate »