May 18, 2022

Peyvənd olunanların sayı açıqlanıb

 

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 16 815 vaksin vurulub.

 

Turaz.org xəbər verir ki,Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 931, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 150, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 13 718, pozitiv nəticədən sonra buster doza olunanların sayı isə 1 016 nəfərdir.

 

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 176 571, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 309 703, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 796 474, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 2 855 788, pozitiv nəticədən sonra buster doza olunanların sayı 214 606 təşkil edir.

 

Müxbir: Əzizə Əlizadə

Həmçinin bax: tehsilim.org/yaz-semestri-uzre-tehsil-telebe-krediti-almaq-ucun-muracietlerin-qebulu-davam-edir/

Həmçinin bax: turaz.org/belarusda-ukrayna-ve-rusiya-numayendeleri-arasinda-danisiqlar-baslayib/

Translate »