May 16, 2022

Peyvənd olunanların sayı açıqlanıb

 

Azərbaycanda son sutkada koronavirus əleyhinə 7 vaksin vurulub.

 

Turaz.org xəbər verir ki,bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

 

Məlumata görə, son bir gündə COVID-19 əleyhinə 7 vaksin vurulub. Son sutkada birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 0, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 0, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 5, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 2 nəfərdir.

 

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 368 489, birinci doza peyvəndlərin ümumi sayı 5 319 389, ikinci doza vaksinlərin sayı 4 814 484 təşkil edib. Üç və daha çox doza vaksinlərin sayı 3 010 297, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı isə 224 319 olub.

 

Müxbir: Əzizə Əlizadə

Həmçinin bax: turaz.org/turkiye-ve-italiya-xin-bascilari-ukraynani-muzakire-edib/

Həmçinin bax: tehsilim.org/turk-xalqlarinda-novruz-enenlri-seminari-kecirilecek/

Translate »