Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 92 vaksin vurulub.
Turaz.org xəbər verir ki,bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Gün ərzində birinci doza vaksinlərin sayı 4, ikinci doza vaksinlərin sayı 20 təşkil edib.
Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 67-dir. Pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 1 olub.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 368 581, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 319 393, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 814 504. Üçüncü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 010 364, pozitiv nəticədən sonra buster doza olunanların sayı 224 320 təşkil edir.
Müxbir: Əzizə Əlizadə
Son Xəbərlər
Narkotik qaçaqmalçıları Azərbaycan sərhədçilərinə atəş açıb
Türkiyə və Rusiya nümayəndə heyətləri arasında görüş başlayıb
Goranboyda qəza olub, xəsarət alanlar var