May 23, 2022

Peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 9497 vaksin vurulub.

Turaz.org xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 630, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 760, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 7588, pozitiv nəticədən sonra buster doza olunanların sayı isə 519 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13523432, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5329250, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4830745, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3131203, pozitiv nəticədən sonra buster doza olunanların sayı 232234 təşkil edir.

Müxbir: Əzizə Əlizadə
Həmçinin bax: turaz.org/qazaxistan-azerbaycan-ekspert-surasi-yaradilir
Həmçinin bax: kafkazh.com/ozbek-saire-gulcohre-taxirovanin-dordlukleri

Translate »