Azərbaycanda son sutkada koronavirus əleyhinə 8 975 vaksin vurulub.
Turaz.org bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Son sutkada birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 552, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 741, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 7 201, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 481 nəfərdir.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 540 995, birinci doza peyvəndlərin ümumi sayı 5 330 431, ikinci doza vaksinlərin sayı 4 832 203 təşkil edib.
Üç və daha çox doza vaksinlərin sayı 3 145 148, pozitiv nəticədən sonra buster doza vaksinlərin sayı isə 233 213 olub.
Müxbir: Əzizə Əlizadə
Həmçinin bax: https://turaz.org/azerbaycanda-daha-28-nefer-koronavirusa-yoluxub/
Son Xəbərlər
Brüsseldə İlham Əliyevlə Şarl Mişel arasında rəsmi görüşöncəsi səmimi söhbət olub
“Onun hekayəsi” kitabının təqdimatı keçirilib
Seyfəli poliqonunda döyüş sursatlarının növbəti utilizasiyası həyata keçiriləcək