Dekabr 9, 2021

Peyvənd olunanların sayı açıqlanıb

 

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 44 716 vaksin vurulub.

 

Turaz.org xəbər verir ki,Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 32 320, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 12 396 nəfərdir.

 

Ölkədə vurulan vaksinlərin ümumi sayı 9 469 618, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 119 077, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 350 541 təşkil edir.

Müxbir: Əzizə Əlizadə

Həmçinin bax: turaz.org/azerbaycanda-daha-2-300-nefer-koronavirusa-yoluxub-27-nefer-olub/

Həmçinin bax: tehsilim.org/qeyri-standart-terapiya-layihesi-cercivesinde-art-terapiyalar-kecirilir/

Translate »