Noyabr 27, 2021

Peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 45 561 vaksin vurulub.

Turaz.org xəbər verir ki,Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 6 263, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 10 418 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 9 753 825, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 973 724, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 397 065 təşkil edir.

Müxbir: Əzizə Əlizadə

Translate »