Dekabr 9, 2021

Peyvənd olunanların sayı açıqlanıb

 

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 39 287 vaksin vurulub.

 

Turaz.org xəbər verir ki,Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5 992, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 9 625, “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 23 670 nəfərdir.

 

Ölkədə vurulan vaksinlərin ümumi sayı 10 132 050, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 028 482, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 490 360, “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 613 208 təşkil edir.

 

Müxbir: Əzizə Əlizadə

Həmçinin bax: turaz.org/azerbaycanda-daha-2-015-nefer-koronavirusa-yoluxub/

Həmçinin bax: tehsilim.org/dovlet-imtahan-merkezinde-hazirliq-kurslarinin-praktiki-merhelesi-kecirilib/

Translate »