Noyabr 28, 2021

Peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 32 720 vaksin vurulub.

Turaz.org xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

 

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 145, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5 447, “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 23 128 nəfərdir.

 

Vurulan vaksinlərin ümumi sayı 10 396 037, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 063 688, ikinci mərhələ üzrə 4 544 439, “buster” doza üzrə isə 787 910 nəfər təşkil edir.

 

Müxbir: Əzizə Əlizadə

Həmçinin bax: tehsilim.org/kafkazh-media-groupun-yeni-tecrube-proqrami/

Həmçinin bax: turaz.org/azerbaycanda-daha-1-880-nefer-koronavirusa-yoluxub-27-nefer-olub/

Translate »