Yanvar 26, 2022

Peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə vurulan peyvəndlərin sayı açıqlanıb.

Turaz.org xəbər verir ki,Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə 80 vaksin vurulub.

Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 18, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 55, buster doza üzrə vaksinasiya olunanların sayı isə 7 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 346 365, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 169 419, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 676 664, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 500 282 təşkil edir.

Müxbir: Əzizə Əlizadə

Translate »