Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə vurulan peyvəndlərin sayı açıqlanıb.
Turaz.org xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə 32 306 vaksin vurulub.
Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 188, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 869, buster doza üzrə vaksinasiya olunanların sayı isə 25 249 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 471 597, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 181 783, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 692 515, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 597 299 təşkil edir.
Müxbir: Əzizə Əlizadə
Son Xəbərlər
Sədir Cəfərov: Qırğızıstan qardaş Özbəkistanla əməkdaşlığın inkişafına xüsusi önəm verir
Qazaxıstan Prezidenti Astana meri Qasımbəylə görüşüb
Füzulidə silah-sursat aşkar edilib