May 16, 2022

Peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə vurulan peyvəndlərin sayı açıqlanıb.

Turaz.org xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə 58 vaksin vurulub.

Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 21, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 37, buster doza üzrə vaksinasiya olunan qeydə alınmayıb.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 11498430, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5184066, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4695363, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1619001 təşkil edir.

Müxbir: Əzizə Əlizadə
Həmçinin bax: turaz.org/azerbaycanda-daha-329-nefer-koronavirusa-yoluxub-12-nefer-olub
Həmçinin bax: kafkazh.com/boyuk-hun-dovleti-huyandi-tanhunun-hakimiyyeti-illerinde

Translate »