Mart 30, 2023

Peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə vurulan peyvəndlərin sayı açıqlanıb.

Turaz.org xəbər verir ki,Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə 30 563 vaksin vurulub.

Belə ki, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 621, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 549, buster doza üzrə vaksinasiya olunanların sayı isə 25 393 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 876 073, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 220 001, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 734 740, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 921 368 təşkil edir.

Müxbir: Əzizə Əlizadə

Translate »