Fevral 3, 2023

Peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda bu gün 35 400 nəfər vaksinasiya olunub.

Turaz.org xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 989, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 811 nəfər təşkil edib.

Ölkədə buster doza vaksinlərin sayına gəlincə, bu göstərici 30 600-dür.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 12 149 831, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 242 827, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 748 738 nəfər təşkil edir.

Ümumilikdə isə 2 158 266 buster doza vurulub.

Müxbir: Əzizə Əlizadə

Həmçinin bax: https://turaz.org/azerbaycanda-koronavirusa-sutkaliq-yoluxma-7-mini-otub/

Translate »