Qardaş ölkə Türkiyə tarixinin bəlkə də ən vacib seçkiləri yaxınlaşır. Bildiyimiz kimi, 14 mayda Türkiyədə prezident və parlament seçkiləri keçiriləcək.
Turaz.org xəbər verir ki, Prezident seçkiləri 4 namizəd arasında keçiriləcək. Bunlar Cumhur ittifaqının namizədi, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan, Millət ittifaqının və eləcə də PKK-nın siyasi qolu HDP-nin namizədi Kamal Kılıçdaroğlu, Məmləkət partiyasının sədri və namizədi Məhərrəm İncə və Ata ittifaqının namizədi Sinan Oğandır.
Seçkilərə az müddət qalır və namizədlər Türkiyə xalqından səs almaq üçün şəhər-şəhər gəzir, digər siyasi partiyaların da dəstəyini qazanmağa çalışırlar.
Bu yazımızda Kamal Kılıçdaroğlunu və PKK-nın ona dəstəyini ələ alacağıq. Millət ittifaqının namizədi olan Kamal Kılıçdaroğlu mart ayının 20-də TBMM-də PKK-nın siyasi qolu Xalqların Demokratik Partiyasının sərd müavinləri ilə görüşmüşdü. TBMM-də keçirilən görüşdə tərəflər terror əməliyyatlarının dayandırılması, yerli özünüidarəetmə səlahiyyətlərinin artırılması (muxtariyyət) tələblərinin də yer aldığı 11 maddə müzakirə edildiyi bildirilmiş və tərəflərin bir çox maddədə həmfikir olduğu da qeyd edilmişdi.
HDP-nin seçkilərdə Kamal Kılıçdaroğlunu dəstəkləyəcəyini bildirməsindən sonra PKK terror qruplaşmasının öndə gələn isimlərinin də Kamal Kılıçdaroğlunun onlara ümid verdiyini və onu dəstəklədiklərini qeyd etmişdi. PKK-nın liderlərindən sayılan PKK “KCK” İcraiyyə Şuarsının həmsədri Bese Hozat mart ayının 28-də verdiyi açıqlamada PKK-nın 14 may seçkilərinə qədər fəaliyyətsizlik dövrünü davam etdirəcəyini və seçkilərin onlarda ümid yaratdığını, 14 mayda “faşist” hökümətin devriləcəyinə inandıqlarını demişdi.
PKK-nın siyasi qolu HDP (yeni adı ilə Yaşıl Sol Partiyası) seçimlərdən sonra İraq və Suriyada terror əməliyyatlarında iştirak edən hərbi heyətin həbs edilərək sorğulanacağını da bəyan edib.
Məsələ ilə bağlı hüquqşünas və siyasi şərhçi Ələsgər Məmmədlinin fikrini də öyrəndik.
“PKK-nın rəsmiləri və PKK adından Kandildə və başqa yerlərdə verilən açıqlamalarda 14 maya qədər fəaliyyətsizlik dövrünə keçdiklərini və “6-lı masanın AKP—MHP rejmini yıxmasına şans tanıyırıq” demək əlbəttə ki, açıq şəkildə Millət ittifaqını dəstəkləməkdir”.
Bu kimi açıqlamaların hökumətə sərf etdiyini qeyd edən Ələsgər Məmmədli: “Millət ittifaqı əgər həqiqətən terror kölgəsi olmadan seçkiləri qazanmaq istəyir və bu dəstəyi qəbul etmədiyini deyirsə, Kamal Kılıçdaroğlu dövlətin bölünməz bütövlüyü və milli beka ilə bağlı istənilən mövzuda terrorla mübarizəni öz iqtidarları dönəmində də davam etdirəcəyini elan etməlidir”,— deyib.
Ə.Məmmədli Kılıçdaroğlunun bu dəstəyi təkzib etməyi halda, ciddi olmasa da müəyyən səs itkisi ilə qarşılacağını da qeyd edib.
Türkiyənin həssas zamandan keçdiyini, sosial durumun ağır olduğu bir zamanda əlinə tarixi fürsət keçən Kamal Kılıçdaroğlu adını PKK ilə hallandıraraq və eyni zamanda HDP-nin şərtlərini qəbul etdiyini dolayı yollarla təsdiqləyən davranışlar sərgiləyərək sanki bilərək seçkiləri uduzmaq istəyir.
Son Xəbərlər
Müharibəni Sərkisyan anons etmişdi – Paşinyan
Qarabağ Azərbaycan ərazisidir – Paşinyan
Ermənistanda bir qrup insan 44 günlük müharibənin nəticələrinə görə aksiya keçirir