Polşanın Baş naziri Mateuş Moravetski Avropa İttifaqına (Aİ) Rusiyaya qarşı sanksiyalar çərçivəsində bütün ruslara vizaların verilməsini dayandırmağı təklif edib.
Turaz.org “TASS”-a istinadən xəbər verir ki, o, bu bəyanatla Aİ sammiti zamanı çıxış edib.
Bundan əvvəl xarici işlər naziri Eva-Mariya Liimet ölkə hakimiyyətinin Rusiya vətəndaşlarına viza verilməsini müvəqqəti dayandırmaq qərarına gəldiyini bildirib.
Rusiyanın Aİ-dəki daimi nümayəndəsi Vladimir Çijov bildirib ki, Rusiya vətəndaşlarına turist vizalarının verilməsinə qadağa nəzəri cəhətdən Aİ-nin yeni sanksiyalar paketinə daxil edilə bilər, lakin belə bir addım Avropa ölkələrinin iqtisadiyyatına zərbə vuracaq.
Müxbir: Əzizə Əlizadə
Həmçinin bax: turaz.org/azerbaycan-xin-abs-dovlet-departamentine-cavab-verib
Həmçinin bax: kafkazh.com/azerbaycan-atabeyler-dovletinde-sikke-zerbi-ve-pul-tedavulu
Son Xəbərlər
Ordumuzun mövqeləri atəşə tutulub
Kanada Ukraynaya daha 195 milyon dollar kredit verəcək
Zelenski: “Müharibənin son mərhələsi başlayıb”