Noyabr 29, 2022

Polşa parlamentinin nümayəndə heyəti Özbəkistana səfər edib 

Noyabrın 6-da Polşa-Özbəkistan parlamentlərarası dostluq qrupunun həmsədri Pavel Bejdanın başçılıq etdiyi Polşa parlament nümayəndə heyəti Özbəkistana səfər edib.

 

Turaz.org bildirir ki, noyabrın 10-dək davam edəcək səfər çərçivəsində Ali Məclisin Senatında, Xarici İşlər Nazirliyində, İnsan Hüquqları üzrə Milli Mərkəzdə, Nazirlər Kabineti yanında Millətlərarası və Xarici Ölkələrlə Dostluq Münasibətləri Komitəsində görüşlər keçiriləcək.

Səfərin proqramına Özbəkistandakı Polşa diasporu ilə görüşlər, bir sıra mədəniyyət və abidələrə, eləcə də tekstil müəssisələrinə səfərlər daxildir. Polşa nümayəndə heyəti Səmərqənd və Buxara şəhərlərinə də səfər edəcək, burada yerli görməli yerlərə səfər etməsi gözlənilir.

Müxbir: Aytac Cəfərova

Tərcüməçi: Günay Xankişiyev

Həmçinin bax: https://turaz.org/abs-ozbekistanin-dini-azadliqlari-ve-insan-haqlarini-qorumaq-seylerini-destekleyir/

Translate »