Prezident Yanoş Ader, etdiyi son ekoloji Blue Planet podcastında, macarları Covid-19 əleyhinə bir peyvənd üçün qeydiyyatdan keçməyə çağırdı və bunun “hər kəsi tapacaq” virusdan qorunmağın yeganə yolu olduğunu vurğulayıb.
Turaz.org xəbər verir ki, proqramda, prezident, Macarıstanda peyvəndlənən insanların sayının 6 milyona yaxınlaşdığını , bunun da ölkənin xəstəxanalarının yükünü yüngülləşdirdiyini və gündəlik həyatın normal vəziyyətə qayıtmasına imkan verdiyini söyləyib.
“Bununla birlikdə, pandemiyanın növbəti dalğası çox yaxındadır, bu səbəbdən hələ peyvənd olunmamış şəxsləri bu xəstəliyin gedişatını proqnozlaşdırmaq çətin olduğundan ilk peyvəndləri almaları üçün qeydiyyatdan keçməyə çağırıram” deyib.
Macarıstanda kifayət qədər Covid-19 peyvəndi tədarükünün olduğunu qeyd edən Budapeştin Semmelweis Universitetinin rektoru Bela Merkeli, prezidentin qonağı olaraq proqramdan danışarkən, virusun yeni Delta variantının təsirli olacağını və heç bir peyvənd almayanlara ən ciddi şəkildə təsir edəcəyini söyləyib.
“Koronavirusun bir gün yox olacağını gözləyirəm, amma bu payızda yayılması mütləq Macarıstanda yenidən başlayacaq” deyib.
Macarıstandakı əlverişli pandemiya vəziyyətini Avropanın digər ölkələri ilə müqayisədə qismən şərq peyvəndlərinin istifadəsi ilə əlaqələndirib.
Professor, 18 yaşdan aşağı olanlara peyvənd edilməsini tövsiyə edəcəyini söyləyərək, hamilə qadınlara tövsiyə olaraq ya Pfizer, ya da Moderna ştampı almasını söyləyib.
Müxbir: Aytac Cəfərova
Tərcümə edən: Həmidə İskəndərova
Həmçinin bax:https://turaz.org/qazaxistanda-dunya-ve-enenevi-din-liderlerinin-qurultayi-kecirilecek/
Son Xəbərlər
İran Azərbaycana nota verib
Nazir müavini: “Rusiya qoşunları Baxmutu ələ keçirmək üçün uğur qazana bilmir”
“PKK-nın Kılıçdaroğlunu dəstəkləməsi hökümətə sərf edir”- Ələsgər Məmmədli