Mart 30, 2023
Rusiya Qırğızıstan

Prezident Cəfərov Putinə başsağlığı verib

 

 

Qırğızıstan prezidenti Sədir Cəfərov Rusiya prezidenti Vladimir Putinə İjevsk şəhərində məktəbdə baş verən atışma nəticəsində həlak olanlarla bağlı başsağlığı teleqramı göndərib.

Turaz.org prezidentin teleqramını aşağıdakı kimi təqdim edir:

“Rusiya Federasiyasının Udmurt Respublikasının İjevsk şəhərindəki 88 nömrəli məktəbdə baş vermiş atışma nəticəsində insanların həyatını itirməsi ilə bağlı faciəvi xəbəri böyük kədər hissi ilə qəbul etdim. Qırğızıstan Respublikasının xalqı adından və şəxsən öz adımdan həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, bu faciədən zərər çəkmiş bütün insanların tezliklə sağalmasını arzulayıram. Yaşadığınız dərin itkinin ağrı və acısını bölüşürəm.”

Translate »