Avqust 14, 2022

Prezident Cəfərovun Sankt-Peterburqa işgüzar səfəri başa çatıb

Qırğızıstan prezidenti Sədir Cəfərovun Rusiyanın Sankt-Peterburqa işgüzar səfəri çərşənbə axşamı başa çatıb.

Turaz.org xəbər verir ki, səfər çərçivəsində Cəfərov Müstəqil Dövlətlər Birliyinin (MDB) liderlərinin ənənəvi qeyri-rəsmi görüşündə iştirak edib.

Liderlər koronavirus pandemiyasına qarşı birgə mübarizədə aktual məsələləri müzakirə edib, problemin aradan qaldırılmasının effektiv yolları ilə bağlı ekspertlərin fikirlərini dinləyib, müzakirələr aparıblar.

Qeyri-rəsmi sammitdə Belarus prezidentləri Aleksandr Lukaşenko, Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstan Prezidenti Qasım Comərt Tokayev, Qırğızıstan Sədir Cəfərov Rusiya prezidenti Vladimir Putin, Tacikistan İmaməli Rəhman, Türkmənistan Qurbanqulu Berdiməhəmmədov, Özbəkistanın Baş naziri Şövkət Mirziyoyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayev iştirak ediblər.

İşgüzar səfərini başa vuran Sədir Cəfərov bu gün, dekabrın 29-da Bişkekə qayıdıb.

Müxbir: Əzizə Əlizadə
Tərcüməçi: Həmidə İskəndərova
Həmçinin bax: turaz.org/braziliyada-yanvar-ayinda-usaqlara-peyvend-edilmesine-baslanilacaq
Həmçinin bax: kafkazh.com/ozbek-sairesi-servinaz-cumeniyyazovanin-seirleri

Translate »